Hökumət Avropa çempionatına vəsiqə qazanan həndbol komandasına 1 milyon lari mükafat verəcək

May 9, 2025 - 11:48
 0  18
Hökumət Avropa çempionatına vəsiqə qazanan həndbol komandasına 1 milyon lari mükafat verəcək

Gürcüstan hökumətinin qərarına əsasən, həndbol üzrə milli komandaya Avropa çempionatının final mərhələsinə vəsiqə qazandığı üçün 1 milyon lari məbləğində pul mükafatı veriləcək. Bu barədə məlumatı Gürcüstan hökuməti yayıb.

“Hökumətin qərarına əsasən, Gürcüstanın həndbol üzrə milli komandasına 1 milyon lari məbləğində pul mükafatı təqdim olunacaq”, – deyə rəsmi açıqlamada bildirilir.

Qeyd edək ki, Gürcüstanın həndbol üzrə milli komandası Avropa çempionatında tarixində ikinci dəfə iştirak edəcək. Komanda bu turnirdə ilk dəfə 2024-cü ildə debüt etmişdi.

Avropa çempionatı 2026-cı il yanvarın 15-dən fevralın 1-dək üç ölkədə – Danimarka, Norveç və İsveçdə keçiriləcək.

mənbə: interpress