Həmkəndlisini ov tüfəngi ilə öldürdü

Jun 10, 2025 - 12:23
 0  18
Həmkəndlisini ov tüfəngi ilə öldürdü
: :
playing

Qori bələdiyyəsinin Mejvriskhevi kəndində kişi həmkəndlisi tərəfindən ov tüfəngi ilə qətlə yetirilib. Hadisə ilə əlaqədar şübhəli şəxs saxlanılıb.

Bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb. 

Nazirliyin Şida Kartli Polis Departamentinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində 1978-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş G.T. qəsdən adam öldürmə maddəsi ilə saxlanılıb.

Araşdırma müəyyən edib ki, kənd sakinləri arasında əvvəllər yaşanmış mübahisə zəminində başlayan qarşıdurma zamanı şübhəli şəxs həmkəndlisi, 1978-ci il təvəllüdlü V.J.-ni ov tüfəngi ilə boyun nahiyəsindən güllələyib. Yaralı kişi xəstəxanaya aparılarkən yolda keçinib.

Polis cinayətdə istifadə edilən tüfəngi maddi sübut kimi götürüb. Hadisə ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 108-ci maddəsi (qəsdən adam öldürmə) üzrə istintaq aparılır. Bu maddə 15 ilə qədər azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

mənbə: interpress