Gürcüstanın keçmiş müdafiə naziri həbsdə saxlanılıb

Dec 8, 2025 - 16:06
 0  30
Gürcüstanın keçmiş müdafiə naziri həbsdə saxlanılıb

Tbilisi Şəhər Məhkəməsində Gürcüstanın keçmiş müdafiə naziri Cuanşer Burçuladzenin işi üzrə proses davam etdirilir.

Bugünkü iclasda onun barəsində həbs qətimkan tədbirinə yenidən baxılıb.

Sabiq nazir səhhəti ilə bağlı problemlərinin olduğunu və penitensiar müəssisədə tələb olunan gündəlik reabilitasiya prosedurlarından keçə bilmədiyini deyib.

O, Gürcüstanda müalicəsi mümkün olmayan spesifik xəstəlikdən əziyyət çəkdiyini vurğulayaraq məhkəmədən bu halları nəzərə almağı xahiş edib.

Məhkəmə Burçuladze barəsində həbs qətimkan tədbirini qüvvədə saxlayıb.

mənbə: apa