Gürcüstandan Rusiyaya qarşı ŞOK GEDİŞ
Avqust və ya sentyabr ayından etibarən Gürcüstanda yeganə neft emalı zavodu (NEZ) olan, "Black Sea Petroleum" (BSP) şirkəti tərəfindən idarə olunan Kulevi zavodu Rusiya neftindən imtina edəcək.
Bu barədə "RİA Novosti" BSP-nin bəyanatına istinadən məlumat yayıb.
Şirkətdən izah ediblər ki, bu qərar NEZ məhsullarının yüksək gəlirli bazarlara çıxışını təmin edəcək. Görünən odur ki, söhbət Rusiya istehsalı olan neftdən emal edilmiş yanacağın alınmasını dayandıran Avropaya yeni yanacağın tədarükündən gedir.
Həmçinin BSP ABŞ-ın "Honeywell" şirkəti ilə əməkdaşlığın genişləndirilməsi barədə məlumat verib; həmin şirkətlə daha əvvəl mühəndislik dəstəyi və lisenziyalaşdırma üzrə sazişlər imzalanmışdı. İndi tərəflər yüksək texnologiyalı avadanlıqların tədarükü və istehsalın avtomatlaşdırılmış idarəetmə sistemlərinin tətbiqi üçün müqavilələr imzalayıblar.
Daha əvvəl bildirilmişdi ki, vergitutma məqsədilə hesablanan (real dəyərdən yüksək olan) əsas Rusiya ixrac nefti markası olan "Urals"ın orta qiyməti iyun ayında dörddə bir nisbətində azalaraq bir barel üçün 63,52 dollara düşüb.
mənbə: publika