Gürcüstandan daha 30 xarici vətəndaş deportasiya edildi

Miqrasiya Departamenti və nazirliyin digər aidiyyəti qurumlarının koordinasiyası ilə ölkədən 30 xarici vətəndaş deportasiya edilib.
Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata əsasən, son günlərdə keçirilən kompleks tədbirlər nəticəsində Hindistan, Türkiyə, İran, Türkmənistan, Misir, Banqladeş, Rusiya, Belarus, İraq, İordaniya və Litva vətəndaşları olmaqla, ümumilikdə 30 nəfər ölkədən çıxarılıb. Onlara Gürcüstana daxil olmaq qadağan edilib.
Nazirlik bildirib ki, Miqrasiya Departamenti ölkə daxilində qanunsuz miqrasiya ilə mübarizəyə cavabdeh qurumdur. Onun səlahiyyətlərindən biri də hüquqi əsas olmadan Gürcüstanda yaşayan xarici vətəndaşların aşkarlanması və deportasiya edilməsidir.
mənbə: interpress