Gürcüstanda yaxın günlərdə yağış, güclü külək və qar gözlənilir
Milli Ətraf Mühit Agentliyinin və meteoroloji proqnozların məlumatına əsasən, noyabrın 19-da Şərqi Gürcüstanda nisbətən isti hava, Qərbi Gürcüstanda isə yağıntılı hava şəraiti davam edəcək.
XEBER.GE xeber verir ki, yaxın günlərdə havanın temperaturu +14–+17 dərəcə arasında olacaq. Dövri olaraq yağış və külək gözlənilir.
Kaxeti və Şərqi Gürcüstanın digər rayonlarında əsasən buludlu hava şəraiti proqnozlaşdırılır.
Qərbi Gürcüstanda noyabrın 19-u günün ikinci yarısından 22-dək fasilələrlə yağış yağacaq. Yağıntılar İmereti, Sameqrelo və Quriyada gözlənilir.
Qara dəniz sahili boyunca hava şəraiti vaxtaşırı pisləşəcək. Havanın temperaturu nisbətən yüksək qalsa da, yağış və külək səbəbindən hava daha sərin hiss olunacaq.
Yüksək dağlıq rayonlarda, xüsusilə Qərbi Gürcüstanın dağlıq ərazilərində yağışla yanaşı qar da yağacağı gözlənilir. Temperatur aşağı olacaq. Buna görə sürücülərə yollarda hərəkət edərkən ehtiyatlı olmaları tövsiyə edilir.