Gürcüstanda sərxoş sürücülər üçün qadağalar sərtləşir

Sep 30, 2026 - 20:56
 0  16
Gürcüstanda sərxoş sürücülər üçün qadağalar sərtləşir

Alkoqollu sərxoşluq vəziyyətində avtomobil idarə etdiyinə görə sürücülük hüququnun dayandırıldığı hallarda sürücü qərardan şikayət edilən müddət ərzində nəqliyyat vasitəsini idarə edə bilməyəcək – İnzibati Xətalar Məcəlləsinə edilən qeyd olunan dəyişiklik cari ilin avqustun 31-dən qüvvəyə minib.

XEBER.GE xeber  verir ki, söhbət nəqliyyat vasitəsinin alkoqollu sərxoşluq vəziyyətində idarə edilməsini nəzərdə tutan İnzibati Xətalar Məcəlləsinin 116-cı maddəsindən gedir. Məcəlləyə əsasən, əgər sürücünün qanı məhlulunda etanolun miqdarı 0,3 promildən çoxdur və 0,7 promili aşmırsa, sürücülük hüququ sürücüdən 6 ay müddətinə dayandırılır, əgər etanolun miqdarı 0,7 promildən çoxdursa və ya sürücü yoxlanışdan yayınmağa cəhd edibsə, Məcəllə nəqliyyat vasitəsini idarə etmək hüququnun 1 il müddətinə dayandırılmasını nəzərdə tutur.

Məcəllədə həmçinin aşağıdakı hallara aid olan qaydalar da əks olunub: sərxoş vəziyyətdə nəqliyyat vasitəsinin idarə edilməsi, hansı ki, həmin şəxsin eyni və ya digər səbəbdən sürücülük hüququ onsuz da dayandırılıb və ya ümumiyyətlə vəsiqəsi yoxdur və sair. Bu hallarda sürücülük vəsiqəsinin dayandırılması ilə yanaşı pul cəriməsi də nəzərdə tutulub.

Bununla belə, məlum olduğu kimi, şəxsin bu cür qərarlardan şikayət etmək hüququ var və bu dövrdə o, nəqliyyat vasitəsini idarə edə bilirdi. Lakin Məcəlləyə avqustun 31-də daxil edilmiş dəyişikliklə sürücülər üçün olan bu cür bir növ güzəşt artıq qüvvədə deyil.