Gürcüstanda qanunsuz silah və sursat saxlamaqda ittiham olunan 11 nəfər saxlanılıb

Nov 16, 2026 - 12:21
 0  13
Gürcüstanda qanunsuz silah və sursat saxlamaqda ittiham olunan 11 nəfər saxlanılıb

Tbilisi, Kaxeti, Mtsxeta-Mtianeti, Şida Kartli və Kvemo Kartli polis departamentlərinin əməkdaşları odlu silahların və döyüş sursatlarının qanunsuz əldə edilməsi, saxlanılması və daşınması ittihamı ilə 11 nəfəri saxlayıblar.

XEBER.GE xeber  verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd olunur ki, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılan şəxslərin üzərində, avtomobillərində və yaşayış evlərində aparılan axtarışlar zamanı sübut kimi müxtəlif modellərdə qanunsuz odlu silahlar, döyüş sursatları və partlayıcı qurğu götürülüb.

Aşkar edilənlər arasında 7 tapança, revolver, əl qumbaraları, daraqlar və bir neçə yüz patron var.

Bundan əlavə, saxlanılan şəxslərdən birinin yaşadığı mənzildən narkotik vasitə olan marixuana da götürülüb.