Gürcüstanda prezident seçkiləri baş tutub
![Gürcüstanda prezident seçkiləri baş tutub](https://newshub.ge/uploads/files/2024/12/14/116940/parlamenti_w_h.jpeg)
Gürcüstanda prezident seçkiləri baş tutub, belə ki, səsvermədə seçicilərin yarısından çoxu iştirak edib.
Bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasının mətbuat katibi Natiya İoseliani brifinqdə bildirib.
"Saat 11:30-a seçicilər kollegiyasının 170 üzvü artıq prosesdə iştirak edib.
Seçkilər baş tutub, çünki seçicilər kollegiyasının tam tərkibinin yarısından çoxu artıq iştirak edib", - o deyib.
mənbə: report