Gürcüstanda polisdə işgəncə qalmaqalı: DİN kadrların həqiqiliyini təsdiqlədi-VİDEO

Jun 13, 2026 - 10:40
 0  18

  "Nodar Meladzenin şənbəsi" ("Nodar Meladzis Şabati") verilişinin anonsunda nümayiş etdirilən və vətəndaşlara qarşı tətbiq olunan işgəncələri əks etdirən kadrlarla bağlı sosial şəbəkədə etirazını bildirib.

 XEBER.GE xəbər verir ki, arximandrit öz paylaşımında hakimiyyəti sərt tənqid edib: "Həbsxana kadrları ilə hakimiyyətə gələn hökumət, zorakı və sadist metodlarla hakimiyyətini qoruyub saxlamağa çalışır. Bu qanunsuzluğa səssiz qalmaq və onu dəstəkləmək şərin ortağı olmaq deməkdir", - deyə din xadimi qeyd edib.

Qeyd edək ki, "Tv Pirveli" telekanalında yayımlanan "Nodar Meladzenin şənbəsi" proqramı dünən gecə polis bölməsində baş verən işgəncə və qeyri-insani rəftar görüntülərini anons şəklində yayımlayıb.

Təhqiqatçı jurnalistlərin məlumatına görə, işgəncə kadrlarını polislər özləri lentə alaraq ümumi vatsap və ya digər mesencer qrupuna göndəriblər. Həmin ortaq qrupu sındıraraq faylları yükləyən şəxs isə hazırda həbs edilib. Daxili İşlər

Sözügedən dəhşətli anonsun yayımlanmasından sonra Gürcüstan Daxili İşlər Nazirliyi kadrların həqiqi olduğunu təsdiqləyib. Nazirliyin iddiasına görə, hadisə 2022-ci ilin yayında Acarıstan bölgəsinin Kobuleti şəhərində baş verib. Cinayəti törədənlər isə oraya ezam olunmuş İmereti Polis Departamentinin üç əməkdaşıdır.

DİN-in bəyanatından o da məlum olur ki, polislərin törətdiyi bu qorxunc cinayət faktı təxminən 4 il ərzində araşdırılmamış qalıb.

Kadrlarda əks olunan polis əməkdaşları isə yalnız bir neçə ay əvvəl — 2026-cı il fevralın 23-də saxlanılıblar.