Gürcüstanda miqrasiya qanunvericiliyi dəyişir

Apr 15, 2026 - 20:09
 0  26
Gürcüstanda miqrasiya qanunvericiliyi dəyişir

Gürcüstan parlamenti üçüncü oxunuşda "Əmək miqrasiyası haqqında" və "Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında" qanunlara mühüm düzəlişləri təsdiqləyib.

Yeni dəyişikliklər ölkədə miqrasiya siyasətini liberallaşdırmaqla yanaşı, həm də dövlət maraqlarını qorumağı hədəfləyir.

Xeber.ge xeber  verir ki, yeniliklər əsasən viza növləri və əmək fəaliyyəti qaydalarını əhatə edir.

Yeni C5 kateqoriyalı viza: Kimlər ala biləcək?

Qanunvericilikdə yeni, C5 kateqoriyalı ordinat viza növü yaradılıb. Bu viza növünün əsas xüsusiyyətləri aşağıdakılardır:

  •   Çoxdəfəlik qısamüddətli viza 5 il müddətinə etibarlıdır.
  •   Şəxs viza əsasında il ərzində 1 il müddətinə Gürcüstanda qala bilər.
  •   Bu viza həm turistik məqsədlə gələnlərə, həm də qeyri-rezident şəxslərin xeyrinə (Gürcüstan hüdudlarından kənardakı fəaliyyətlə bağlı) işləyənlərə verilir.
  •   C5 vizası həmin şəxsin həyat yoldaşına və azyaşlı uşaqlarına da veriləcək.

Qeyd olunub ki, dövlət immiqrasiya siyasəti əsas gətirilərək C5 vizasından imtina edilərsə, bu qərar əsaslandırılmayacaq və ondan şikayət vermək mümkün olmayacaq.

"Əmək miqrasiyası haqqında" qanuna edilən dəyişikliklər isə bəzi qrup əcnəbiləri ümumi əmək tənzimləmələrindən azad edir. Aşağıdakı hallarda əcnəbilərin fəaliyyətinə xüsusi əmək icazəsi tələb olunmayacaq:

  • Hökumət üzvünün təşəbbüsü ilə xüsusi yaşayış icazəsi olanlar;
  • Dövlət müəssisələrində və ya dövlət payı olan şirkətlərdə çalışanlar;
  • Yerli işəgötürən üçün tam məsafədən çalışan və ölkəyə daxil olması tələb olunmayan şəxslər;
  •   Konkret qısamüddətli layihə və ya xidmət üçün gələn mütəxəssislər müvafiq yaşayış icazəsi olmadan fəaliyyət göstərə biləcəklər.

Bundan əlavə, "E-VISA PORTA" termini qanunvericilikdə "xüsusi veb-səhifə" ifadəsi ilə əvəz olunub və hökumətin qərarı ilə viza verilməsi prosesinin sürətləndirilmiş qaydada həyata keçirilməsi mümkün olacaq.