Gürcüstanda kütləvi etirazlar başladı

Nov 29, 2024 - 00:16
 0  13

Gürcüstan hakimiyyətinin Aİ-yə üzvlüklə bağlı danışıqları 2028-ci ilə qədər dayandırmaq qərarından sonra ölkə ərazisində kütləvi etiraz aksiyaları başlayıb.

 

Etirazçılar Rustaveli prospektini bağlayıblar.

 

Yerli medianın görüntülərinə görə, Tbilisidə parlamentin binası yaxınlığındakı meydan etirazçılarla doludur. Polis parlament binasına su şırnaqları gətirib və polislə toqquşma başlayıb.

 

Etirazlar fonunda “Gürcü Arzusu”nun icraçı katibi Mamuka Mdinaradze Avropa İttifaqı ilə assosiasiya sazişindən irəli gələn öhdəlikləri “dəqiqliklə yerinə yetirməyə davam edəcəyinə” söz verib.

mənbə: modern