Gürcüstanda intihara cəhd halları artıb

Gürcüstanda 2024-cü ildə 734 intihara cəhd hadisəsi qeydə alınıb ki, bu da 2023-cü ilin göstəricisindən 14,91% çoxdur.
Bu barədə Daxili İşlər Nazirliyinin rəsmi məlumatlarında qeyd olunub.
Məlumata görə, intihar cəhdlərindən 434-ü ölümlə nəticələnib, 300-ü isə şəxsi xilas etməkdə müvəffəq olub. 2023-cü ildə ölüm nisbəti 390 olub.
Regionlar üzrə 2024-cü il üçün intihara cəhd statistikası belədir:
Tbilisi - 201 (27,47%)
İmereti - 106 (14,48%)
Acarıstan - 92 (12,58%)
Sameqrelo-Zemo Svaneti - 82 (11,21%)
Kvemo Kartli - 74 (10,11%)
Kaxeti - 48 (6,56%)
Şida Kartli - 39 (5,32%)
Mtsxeta-Mtianeti - 30 (4,1%)
Samtsxe-Cavaxeti - 29 (3,96%)
Quriya - 27 (3,69%)
Raça-Leçxumi və Aşağı Svaneti - 6 (0,82%)
2017-2024-cü illər ərzində Gürcüstanda ümumilikdə 6317 intihara cəhd hadisəsi qeydə alınıb və onlardan 3254-ü və ya 51,5%-i ölümlə başa çatıb.
mənbə: interpress