Gürcüstanda həyat yoldaşına qarşı amansız cinayət törədən şəxsə ağır cəza verilib

Mar 9, 2026 - 18:47
 0  52
Gürcüstanda həyat yoldaşına qarşı amansız cinayət törədən şəxsə ağır cəza verilib

 

Qori Rayon Məhkəməsi ailədaxili zorakılıq və ağırlaşdırıcı hallarda qəsdən adam öldürməyə cəhd faktı üzrə ittiham olunan şəxs barəsində hökm çıxarıb.

Xeber.ge xeber  verir ki, məhkəmə prokurorluğun təqdim etdiyi sübutları tam əsaslı hesab edərək müttəhimin təqsirli olduğu qənaətinə gəlib.

Məhkəmə prosesində araşdırılan sübutlarla təsdiq olunub ki, 2025-ci il iyunun 18-də Qori şəhərində təqsirləndirilən şəxs pnevmatik tapança və bıçaqla həyat yoldaşına bədəninin müxtəlif nahiyələrindən xəsarətlər yetirib. Vaxtında göstərilən tibbi yardım nəticəsində qadının həyatını xilas etmək mümkün olub.

Saxlanılan şəxsə qarşı Gürcüstan Cinayət Məcəlləsinin 126-cı (ailədaxili zorakılıq) və 109-cu (gender bərabərliyinə dözümsüzlük zəminində ailə üzvünə qarşı ağırlaşdırıcı hallarda qəsdən adam öldürməyə cəhd) maddələri ilə ittiham irəli sürülüb.

Qori Rayon Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxs 17 il müddətinə azadlıqdan məhrum edilib.