Gürcüstanda hərbçi və dostu güllələnib: Qatil ölkə boyu axtarılır

Jan 25, 2026 - 13:07
 0  87
Gürcüstanda hərbçi və dostu güllələnib: Qatil ölkə boyu axtarılır

Mtsxeta rayonunun Muxrani kəndində səs-küylü ikiqat qətl hadisəsi baş verib. İlkin məlumatlara görə, hərəkətdə olan avtomobildən açılan atəş nəticəsində hazırda xidmətdə olan bir hərbçi və onun yanındakı şəxs qətlə yetirilib.

Xeber.ge xeber  verir ki, hadisə ötən axşam saat 20:00 radələrində kəndin mərkəzində qeydə alınıb. Öldürülən şəxslərin Zura Sanamaşvili və Qia Kilarcian olduğu bildirilir.

"Pirvelebi" telekanalının yaydığı məlumata əsasən, Daxili İşlər Nazirliyi hələlik cinayətkarların istifadə etdiyi qara rəngli avtomobilin dövlət nömrə nişanlarını müəyyən edə bilməyib. Buna səbəb hadisə yerində quraşdırılmış yüksək keyfiyyətli müşahidə kameralarının ötən gecə söndürülmüş (və ya sıradan çıxmış) olmasıdır. Hazırda polis həmin avtomobilin tapılması üçün ölkə miqyasında axtarış elan edib.

Mövcud məlumatlara görə, qanlı hesablaşmanın motivi qisasçılıqdır. İddia olunur ki, qətl keçmişdə tərəflər arasında baş vermiş ciddi münaqişə ilə bağlıdır. Faktla bağlı ağırlaşdırıcı hallarda qəsdən adam öldürmə maddəsi ilə istintaq aparılır.