Gürcüstanda güclü yağış və fırtına gözlənilir

Yaxın iki gün ərzində Gürcüstanın Qərb bölgələrində güclü yağış, ildırım, dolu, küləyin güclənməsi, həmçinin dənizdə 4-6 bal gücündə fırtına gözlənilir.
Bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat yayıb.
Qurumun yaydığı məlumata əsasən, gözlənilən yağıntılar nəticəsində Qərbi Gürcüstan çaylarında suyun səviyyəsinin əhəmiyyətli dərəcədə artması, kiçik çaylarda daşqınlar, dağlıq və dağətəyi ərazilərdə isə torpaq sürüşməsi və sel proseslərinin yaranıb-aktivləşməsi mümkündür.
“21 sentyabr günortadan sonra Qərbi Gürcüstanda yağış davam edəcək, bəzi yerlərdə güclü olacaq. Gözlənilən yağıntılar çaylarda suyun səviyyəsinin artmasına, kiçik çaylarda daşqınlara, dağlıq ərazilərdə isə torpaq sürüşməsi və sel təhlükəsinin yaranmasına səbəb ola bilər. Təhlükə səviyyəsi yüksəkdir”, – deyə məlumatda bildirilib.
mənbə: interpress