Gürcüstanda çörək bahalaşdı

Oct 15, 2025 - 13:17
 0  63
Gürcüstanda çörək  bahalaşdı

Bu gündən etibarən çörək 5-10 qəpik bahalaşıb. Səbəb kimi unun qiymətinin artması və işçi qüvvəsinin maaşlarının yüksəlməsi göstərilir.

 Xeber.ge xəbər verir ki, bu məlumatı BMG yayıb və yazır ki, qiymət dəyişiklikləri həm mağazalarda, həm də iri istehsal müəssisələrində təsdiqlənir.

Çörəkçilər Assosiasiyasının rəhbəri Malxaz Dolidze BMG-yə bildirib ki, çörəyin 10 qəpik bahalaşmasının səbəbi unun qiymətinin və müəssisələrdə əməkhaqlarının artmasıdır.