Gürcüstanda əməliyyat: Azərbaycan vətəndaşları daxil 85 əcnəbi ölkədən deportasiya edilib

Feb 25, 2026 - 10:46
 0  8
Gürcüstanda əməliyyat: Azərbaycan vətəndaşları daxil 85 əcnəbi ölkədən deportasiya edilib

Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamenti son günlərdə keçirdiyi əməliyyatlar nəticəsində 85 xarici vətəndaşı ölkədən deportasiya edib.

Nazirliyin yaydığı məlumata görə, tədbirlər digər müvafiq bölmələrlə koordinasiyalı şəkildə həyata keçirilib.

Mövcud qanunvericiliyə uyğun olaraq, deportasiya edilən şəxslərin Gürcüstana yenidən girişi də qadağan olunub.

Rəsmi açıqlamada bildirilir ki, ölkədən çıxarılan şəxslər müxtəlif ölkələrin vətəndaşlarıdır. Onlar arasında Azərbaycan, Türkiyə, Rusiya, İran, Çin, Hindistan, Pakistan, Belarus, Ermənistan və digər dövlətlərin vətəndaşları var.

Daxili İşlər Nazirliyi qeyd edib ki, Miqrasiya Departamenti ölkədə qanunsuz qalma hallarının qarşısının alınması istiqamətində kompleks tədbirləri davam etdirəcək.

mənbə: report