Gürcüstan tərəfindən axtarışda olan “qanuni oğru” Türkiyədə saxlanılıb

May 12, 2025 - 14:00
 0  104
Gürcüstan tərəfindən axtarışda olan “qanuni oğru” Türkiyədə saxlanılıb

Ölkə ərazisində beynəlxalq terrorçuluqla əlaqədar Rusiyanın İnterpol vasitəsilə “qırmızı bülleten”lə axtardığı L.R. adlı şəxs saxlanılıb.

Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib.

Nazirin sözlərinə görə, adıçəkilən şəxs Hatay vilayətində tutulub.

Bundan əlavə, Ali Yerlikaya bildirib ki, Antalyada Türkiyə xüsusi xidmət orqanları Rusiyada fəaliyyət göstərən mütəşəkkil cinayətkar qrupun üzvü B.P.-ni də saxlayıblar. Onun barəsində Gürcüstan tərəfindən “yaşıl bülleten”lə axtarış elan olunmuşdu.

mənbə: interpress