Gürcüstan-Rusiya sərhədi yaxınlığında zəlzələ baş verib

Gürcüstan-Rusiya sərhədi yaxınlığında zəlzələ qeydə alınıb.
Bu barədə məlumatı Milli Seysmik Monitorinq Mərkəzi yayıb.
Bildirilib ki, zəlzələnin episentri Rusiyanın Dağıstan bölgəsində, Gürcüstan sərhədindən 49 km məsafədə yerləşib. Yeraltı təkanların gücü 3.3 maqnitudada qiymətləndirilib.
Hazırda əlavə məlumat paylaşılmayıb.
mənbə: Interpress