Gürcüstan Patriarxı II İliya vəfat edib

Mar 17, 2026 - 22:57
 0  11
Gürcüstan Patriarxı II İliya vəfat edib

Gürcüstan Pravoslav Kilsəsinin rəhbəri, Bütün Gürcüstanın Katolikos-Patriarxı, Msxeta-Tbilisi arxiyepiskopu və Biçvinta və Sxum-Abxaziya mitropoliti II İliya 93 yaşında dünyasını dəyişib.

Xeber.ge xeber  verir ki,  bu barədə məlumatı "Tabula" nəşrinə kilsə daxilindəki məlumatlı mənbələr təsdiqləyib.

II İliya Gürcüstanın patriarxlıq taxtına çıxmasının 49-cu ilində vəfat edib. O, Gürcüstan kilsəsinin 141-ci iyerarxı idi.

Onun rəhbərliyi dövrü Gürcüstanın müstəqilliyinin bərpası və kilsənin dirçəlişi ilə eyni vaxta təsadüf edib.

Patriarxın vəfatı ilə Gürcüstanın Katolikos-Patriarx kafedrası boşalmış hesab olunur. Yeni kilsə rəhbəri seçilənədək Gürcüstan Apostol Pravoslav Avtokefal Kilsəsini patriarx taxtının locum tenensi (müvəqqəti icraçısı), mitropolit Şio Muciri idarə edəcək.

Yaxın saatlarda kilsə rəhbərliyi və dövlət orqanları tərəfindən rəsmi bəyanatın yayılacağı, dəfn mərasimi və rəsmi yas günləri ilə bağlı məlumatların açıqlanacağı gözlənilir.