Gürcüstan parlamentində "qırmızı" səviyyə elan edildi
Noyabrın 29-dan Gürcüstan parlamentində ən yüksək “qırmızı” təhlükəsizlik səviyyəsi qüvvəyə minəcək.
Bu barədə parlamentin mətbuat xidmətinin bəyanatında deyilir.
“Qırmızı” təhlükəsizlik səviyyəsi parlament aparatının rəhbəri və deputatların özləri tərəfindən icazə verilən şəxslərdən başqa hər kəsin parlament binasına girişinə qadağa qoyulmasını nəzərdə tutur.
mənbə: axar