Gürcüstan hökuməti İkinci Dünya müharibəsi veteranlarına birdəfəlik yardım ayırıb

May 8, 2026 - 10:43
 0  28
Gürcüstan hökuməti İkinci Dünya müharibəsi veteranlarına birdəfəlik yardım ayırıb

Gürcüstan hökumətinin sərəncamı ilə Faşizm üzərində qələbənin 81-ci ildönümü münasibətilə İkinci Dünya müharibəsi iştirakçılarına və həlak olanların ailə üzvlərinə birdəfəlik pul yardımı veriləcək.

Xeber.ge xəbər verir ki, maliyyə yardımının məbləği aşağıdakı kimi müəyyən edilib:

Hər bir şəxs üçün 2 000 lari;

Hhər bir ailə üçün 1 000 lari.

Yardımlar Veteranların İşləri üzrə Dövlət Xidmətinin elektron məlumat bazasında qeydiyyatda olan şəxslərə şamil ediləcək.

Tbilisi şəhəri istisna olmaqla, Gürcüstanın digər bütün bölgələrində vəsaitlərin verilməsini İşğal Olunmuş Ərazilərdən Məcburi Köçkünlər, Əmək, Səhiyyə və Sosial Müdafiə Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi həyata keçirəcək.

Tbilisidə qeydiyyatda olan veteranlar və onların ailə üzvləri üçün nəzərdə tutulan vəsaitlər isə Tbilisi Meriyası tərəfindən ayrılacaq.

Xatırladaq ki, Gürcüstan hər il 9 May – Faşizm üzərində Qələbə Günü münasibətilə müharibə veteranlarına sosial dəstək tədbirləri həyata keçirir.