Gürcüstan Avropaya inansaydı, çoxdan məhv olardı

Apr 16, 2026 - 22:16
 0  13
Gürcüstan Avropaya inansaydı, çoxdan məhv olardı

Ölkə hakimiyyəti 2022-ci ildə Brüsselə inanıb, Rusiyaya sanksiya tətbiq etsəydi, çox güman ki, müharibədən sağ çıxardı, lakin iqtisadiyyatı çökərdi.

Bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili deyib.

“Əgər Brüsselə etibar etsəydik, bu gün iqtisadi cəhətdən məhv olardıq. Xoşbəxtlikdən, Brüssel və digər paytaxtların nümayəndələri Gürcüstan hökumətində və kabinetlərində qarşılarında bir ayaq üstə durmağa hazır olan insanlarla qarşılaşmadılar. Onları millətlərinin maraqlarını müdafiə edənlər qarşıladılar”, - Papuaşvili bildirilib.

Qeyd edək ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi fonunda Gürcüstan rəsmiləri Qərbin Moskvaya qarşı sanksiyalarına qoşulmayacaqlarını dəfələrlə açıqlamışdılar.

mənbə: axar