“Gürcüstan Avropa İttifaqını seçir” yürüşünün iştirakçıları Tbilisinin beş fərqli yerində toplaşırlar
“Gürcüstan Avropa İttifaqını seçir” yürüşünün iştirakçıları Tbilisidə beş fərqli məkanda toplaşırlar.
Yürüş iştirakçılarının bəziləri artıq Qəhrəmanlar Meydanına toplaşmağa başlayıb.
Onlar özləri ilə Gürcüstanın bayrağını gətiriblər.
Aksiya iştirakçılarının toplanması ilə eyni vaxtda Daxili İşlər Nazirliyinin patrul və kriminal polisinin əməkdaşları da Qəhrəmanlar Meydanına səfərbər olunur.
Həmçinin, saat 17:00-da “Birlik Milli Hərəkat” partiyasının üzvləri və liderləri Qəhrəmanlar Meydanında yürüş iştirakçılarına qoşulacaq, onlar daha sonra səhnənin qurulduğu Azadlıq Meydanına yürüş edəcəklər. Təşkilatçıların sözlərinə görə, çıxışlar planlaşdırılır, mövcud məlumata görə, Gürcüstan prezidenti Salome Zurabişvili toplantıda çıxış edəcək.
mənbə: interpress