Gürcü ulduz ÇL-də həftənin ən yaxşısı seçiləcək?

PSJ-nin gürcüstanlı hücumçusu Xviça Kvaratsxeliyanın adı Çempionlar Liqasında həftənin oyunçusu mükafatına iddialılar arasında yer alıb
Xeber.ge xeber verər ki, 24 yaşlı ,futbolçu Fransa klubunun 3:1 hesablı qələbəsi ilə başa çatan "Aston Villa" ilə matçda qol vurmaqla bu siyahıya düşüb. Bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.
İddiaçılar siyahısına gürcü vinger ilə yanaşı, "Real" ilə matçda dubl edən "Arsenal"ın yarımmüdafiəçisi Deklan Rays da daxildir. "Barselonan"ın polşalı forvardı Robert Levandovski də iki qol vurmaqla bu siyahıya düşüb. Eyni zamanda UEFA "İnter"in müdafiəçisi Alessandro Bastoninin adını da namizədlər siyahısına daxil edib.
Xatırladaq ki, Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunları gələn həftə - 15 və 16 apreldə baş tutacaq.
mənbə: publika