“Gürcü Arzusu” məhkəmə proseslərinin işıqlandırılmasını məhdudlaşdırır

Hakim "Gürcü Arzusu" və onun törəmə təşkilatı olan "Xalqın Gücü" partiyasının deputatları parlamentə yeni qanun layihəsi təqdim ediblər. Bu dəyişikliklər media nümayəndələrinin məhkəmə proseslərinə çıxış imkanlarını və ictimai məlumatlandırma azadlığını ciddi şəkildə məhdudlaşdırır.
Layihə nələri nəzərdə tutur?
2024-cü il 18 iyunda təqdim edilən və 23 iyunda parlamentin rəsmi saytında dərc olunan layihə ictimaiyyətin məlumat əldə etmə hüququna birbaşa təsir göstərir. Əsas dəyişikliklər aşağıdakılardır:
Məhkəmə binasında, zalda, həyətində və dəhlizlərdə foto və video çəkiliş qadağan olunur;
Media əvəzinə çəkiliş hüququ yalnız məhkəməyə və ya onun səlahiyyət verdiyi şəxsə verilir;
Video və audio yazı yalnız tərəflərdən birinin əsaslandırılmış müraciəti və hakimin motivləşdirilmiş qərarı əsasında mümkündür;
Qanundan çıxarılır müddəalar, hansı ki, medianın azad şəkildə çəkiliş aparmasına və informasiya mənbəsini açıqlamamaq hüququna təminat verirdi.
Bu dəyişikliklər medianı necə təsir altına alır?
Yeni qanun layihəsi jurnalistlərin aşağıdakı sahələrdə fəaliyyətini çətinləşdirəcək:
məhkəmə proseslərinin ictimaiyyətə çatdırılması;
siyasi həssas və rezonans doğuran işlərin işıqlandırılması;
vətəndaş cəmiyyəti fəallarının və hüquq pozuntularının sənədləşdirilməsi.
"Publika" nəşrinin fotoreportyoru Mindia Qabadze bildirir:
“Ən çox qorxduğumuz şey baş verdi – mediaya məhkəmədə işləmək demək olar ki, qadağan olundu. Fotoqraflara çəkiliş tamamilə qadağandır, digər jurnalistlər isə heç olmasa dəftər və qələm ilə iştirak edə biləcəklər.”
Qadağa haraları əhatə edir?
Yeni qaydalarla qadağa aşağıdakı ərazilərə şamil olunur:
məhkəmənin həyəti;
dəhlizlər;
və məhkəmə zalı.
Əvvəlki qanunvericilikdə bu məkanlarda çəkilişlərə icazə verilirdi. İndi isə bu hüquq tamamilə ləğv olunur.
Hakimiyyətin arqumenti nədir?
Qanun layihəsinin müəllifləri bildirirlər ki, dəyişikliklərin məqsədi:
“Bir tərəfdən ədalətin effektiv həyata keçirilməsini təmin etmək, digər tərəfdən isə iclasların şəffaflığını qorumaqdır.”
Lakin əslində dəyişikliklər mediaya çəkiliş imkanını yalnız məhkəmənin qərarına tabe edir, müstəqil və operativ informasiya yayımını isə mümkünsüz hala gətirir.
Qanun layihəsinin müəllifləri kimlərdir?
Layihəni hazırlayan deputatlar:
Arçil Qorduladze
Tornike Çeişvili
Rati Yonataşvili
Aluda Quduşauri
Davit Matikaşvili
Tengiz Şarmanashvili
Aleksandre Tabatadze
Quram Maçarashvili
Akaki Aladaşvili
Təkcə bu deyil – söz azadlığı da təhlükə altındadır
Eyni zamanda, "Gürcü Arzusu" ifadə və söz azadlığı haqqında qanunda da dəyişikliklər təklif edir:
Böhtanla bağlı məhkəmə çəkişmələrində sübut yükü cavabdehin – yəni jurnalistin üzərinə düşür;
Məhkəmə icraatının müddəti bir aydan 10 günə endirilir;
İctimai məkanda təhqir hüquqi məsuliyyətə səbəb ola bilər;
Mənbəni açıqlamamaq hüququ ləğv olunur.
Bu iki təşəbbüs – məhkəmə proseslərinin çəkilişinə və söz azadlığına tətbiq olunan məhdudiyyətlər – "Gürcü Arzusu"nun hüquq və azadlıqlar sahəsində sistematik şəkildə tətbiq etdiyi sərtləşdirici siyasətin bir hissəsidir.
mənbə: marneulifm