Gürcü əsilli döyüşçü Ukraynada öldürüldü
Ukrayna tərəfində döyüşən 56 yaşlı gürcü əsilli döyüşçü Mamuka Kekeliya hərbi əməliyyatlar zamanı öldürülüb.
Bu barədə Teleqram kanallarında məlumat yayılıb.
Bildirilib ki, Kekeliya 1992-1993-cü illərdə Abxaziya savaşında iştirak edib, həmçinin 2008-ci ildə Cənubi Osetiyada Rusiya ordusuna qarşı döyüşüb.
2022-ci ildən bəri isə Ukraynanın ordu sıralarında idi.
mənbə: axar