Faşizm üzərində qələbədən 80 il ötür

Bu gün, 9 mayda, İkinci Dünya Müharibəsində faşizm üzərində qələbənin 80-ci ildönümü qeyd olunur.
İkinci Dünya Müharibəsi tarixə ən genişmiqyaslı və qanlı münaqişə kimi düşüb.
1941–1945-ci illər arasında davam edən müharibədə 300 min gürcü həyatını itirdi. Döyüşlər 40-dan çox dövlətin ərazisində gedirdi.
Qeyd edək ki, dünyanın bir çox ölkəsində Faşizm üzərində Qələbə Günü 8 mayda qeyd olunur. Gürcüstan cəmiyyətinin bir hissəsi də hökuməti bu təşəbbüsə qoşulmağa çağırsa da, onların bu mövqeyi qəbul edilmədi.
mənbə: interpress