“FARA” qanununun icrası ABŞ-da olduğu kimi həyata keçiriləcək

May 29, 2025 - 16:00
 0  13
“FARA” qanununun icrası ABŞ-da olduğu kimi həyata keçiriləcək

“FARA” qanununun tətbiqi ABŞ-da olduğu kimi həyata keçiriləcək və buna görə məsuliyyət əvvəlkindən daha sərt olacaq.

Bu barədə “Gürcü Arzusunun” icra katibi Mamuka Mdinaraşvili bildirib.

“O, elə ABŞ-da olduğu kimi həyata keçiriləcək. Məsuliyyət əvvəlkindən xeyli sərtdir. Qanun tam olaraq ABŞ qanunundan götürülüb və tətbiq də ABŞ-da olduğu kimi olacaq. Bəzən cinayət məsuliyyəti də nəzərdə tutulur. Hər bəndi, hər sözü Amerika qanunundan götürülüb, ona görə də tətbiq də tam Amerika üslubunda olacaq, Rusiyada olduğu kimi deyil, kimlərinsə beyninə belə yerləşdiriblər,” – deyə Mamuka Mdinaraşvili “Gecə Xəbərləri” verilişində bildirib.

mənbə: interpress