Məktəbli formalarının gətirilmə qrafiki və satış tarixləri bəlli oldu

Aug 9, 2026 - 15:44
 0  7
Məktəbli formalarının gətirilmə qrafiki və satış tarixləri bəlli oldu
: :
playing

Təhsil, Elm və Gənclər Nazirliyinin tabeliyində olan qurum — "Təhsil Resursları" MMC avqustun 7-də bəyanat yayıb.

XEBER.GE xeber  verir ki, qurumun məlumatına görə, Çindən məktəbli formalarının idxalı və Gürcüstana çatdırılması üç mərhələdə həyata keçiriləcək:

  • I mərhələ — 25 avqust;
  • II mərhələ — 15 oktyabr;
  • III mərhələ — 30 noyabr.

Rəsmi məlumata əsasən, birinci sinif şagirdləri məktəbli formalarını 1-14 sentyabr tarixləri arasında əldə edə biləcəklər. II–VI sinif şagirdlərinə gəldikdə isə, onlar üçün formaların satışı növbəti mərhələlərdə — oktyabrdan dekabra qədər olan dövrdə planlaşdırılır.

Xatırladaq ki, Nazirliyin yeni təşəbbüsü ilə dövlət məktəblərinin ibtidai pilləsində məktəbli formasının geyinilməsi məcburi olur.