Fələstinlilərin qırğını davam edir: 1 gün ərzində…

Sep 2, 2025 - 11:23
 0  52
Fələstinlilərin qırğını davam edir: 1 gün ərzində…

İsrail Fələstin xalqına qarşı hərbi cinayətlərini davam etdirir.

Xeber.ge xəbər verir ki, Qəzza sektorunun Səhiyyə Nazirliyi İsrail ordusunun törətdiyi soyqırımı qurbanlarının sayı ilə bağlı ən son məlumatları dərc edib.

Belə ki, İsrail hərbçiləri son 24 saat ərzində daha 98 günahsız qəzzalını qətlə yetirib, həmçinin 404 nəfəri də yaralayıb.

Beləliklə də, 2023-cü il 7 oktyabrdan bəri İsrail ordusunun törətdiyi kütləvi qətliamlar nəticəsində öldürülən dinc fələstinlilərin sayı 63 557 nəfərə, xəsarə alanların sayı isə 160 660 nəfərə çatıb.

Bundan başqa, son gün ərzində 3 uşaq olmaqla, 9 nəfər aclıqdan dünyasını dəyişib. Qida çatışmazlıqdan həyatını itirənlərin ümumi sayı isə, 127-si uşaq olmaqla, 348 nəfərə çatıb.

mənbə: azshafaqna.com