Etiraz yürüşünə hücum edən iki şəxs saxlanıldı

Feb 21, 2025 - 23:17
 0  36
Etiraz yürüşünə hücum edən iki şəxs saxlanıldı

Etiraz yürüşünün iştirakçılarına hücum edən iki şəxsin saxlanılıb.

Bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən məlumat verilib. 

Rəsmi məlumata görə, polis əməkdaşları ictimai qaydanın pozulması və xırda xuliqanlıq faktına görə 1992-ci il təvəllüdlü A.S. və 1989-cu il təvəllüdlü N.Ç.-ni saxlayıb.

Onlar Gürcüstanın İnzibati Xətalar Məcəlləsinin 166-cı maddəsi (xuliqanlıq) əsasında saxlanılıb.

DİN-in açıqlamasında bildirilir ki, hadisə ilə bağlı inzibati icraat davam etdirilir.

Xatırladaq ki, İctimai Yayım Şirkətinin qarşısından başlayan yürüşün iştirakçılarına Filarmoniya yaxınlığında iki şəxs hücum edib.

Etirazçıların sözlərinə görə, silahlanmış şəxslər avtomobildən düşərək onlara hücum edib və fiziki qarşıdurma baş verib.

İndi hüquq-mühafizə orqanları hadisənin detalları və saxlanılan şəxslərin motivləri ilə bağlı araşdırmalar aparır.

mənbə: interpress