Dünyanın ən böyük "təyyarə məzarlığı"-Video
ABŞ-nin Arizona ştatında, Tuson şəhərinin hüdudlarında dünyanın ən böyük "təyyarə məzarlığı" yerləşir.
Xeber.ge xeber verir ki,
Qeyri-rəsmi hesablamalara görə, bu məzarlıqda 40 kosmik gəmi də daxil olmaqla, təxminən 4500 təyyarə var. Bu sərvətin dəyəri 35 milyard dollardan çox qiymətləndirilir.
Arizona isə təsadüfən seçilməyib: quru iqlim qanadlı texnikanın onilliklər boyu qorunmasına, düz və sərt torpaq isə yeni texnikaların demək olar ki, meydançanın hər hansı şəkildə əvvəlcədən hazırlığı olmadan yerləşdirilməsinə imkan verir.
Məzarlığın texnikalarının bəziləri bərpa edilə bilər və istismara qayıtmaq şansına malikdir, qalanları isə ehtiyat hissələri donorları kimi xidmət edir və ya ABŞ-yə dost ölkələrə satılır. Buna görə də, saxlama yeri son dərəcə diqqətlə qorunur. Utilizasiyaya yalnız ümidsiz dərəcədə köhnəlmiş və ya tamamilə dağılmış nümunələr məruz qalır.
Hər il Tuson aviaparkına 400 təyyarə əlavə olunur və təxminən eyni sayda da satılır. Beləliklə də, aviabaza ciddi bir kommersiya layihəsidir.
mənbə: oxu.az