"Dünya bazarındakı gərginlik Gürcüstanın yanacaq bazarına zərbə vurdu: Yeni qiymətlər"

Mar 10, 2026 - 13:33
 0  40
"Dünya bazarındakı gərginlik Gürcüstanın yanacaq bazarına zərbə vurdu: Yeni qiymətlər"

Yaxın Şərqdə baş verən hadisələr və dünya bazarında neftin qiymətinin rekord həddə yüksəlməsi fonunda Gürcüstanın yanacaqdoldurma məntəqələrində (YDM) qiymət artımı müşahidə olunur.

Xeber.ge xəbər verir ki, martın 7-dən etibarən ölkədə fəaliyyət göstərən brend şəbəkələrdə qiymətlərin korreksiyasına başlanılıb.

Dizel yanacağı daha çox bahalaşıb Məlumata görə, müxtəlif şəbəkələrdə qiymətlər 2-12 tetri arasında artıb. Ən kəskin artım isə dizel yanacağında qeydə alınıb — bəzi şəbəkələrdə dizelin qiyməti 18 tetri yüksəlib.

·         Wissol: Son bir həftədə qiymətlər növündən asılı olaraq 15-18 tetri artıb.

o    Eko Super – 3.69 ₾ (+15 tetri)

o    Eko Premium – 3.25 ₾ (+15 tetri)

o    Eko Dizel / Avro Dizel – 3.38-3.41 ₾ (+18 tetri)

o    Avro Regular – 3.12 ₾ (+15 tetri)

·         Gulf: Martın 9-dan etibarən bütün növ yanacaqlar 6-8 tetri bahalaşıb.

o    G-Force Premium – 3.13 ₾ (+6 tetri)

o    Avro Regular – 2.97 ₾ (+5 tetri)

o    Avro Dizel – 3.15 ₾ (+12 tetri)

·         Socar:

o    Nano Super – 3.55 ₾

o    Nano Premium – 3.15 ₾

o    Nano Avro Regular – 2.95 ₾

o    Avro 5 Dizel – 3.08 ₾

·         Rompetrol və Lukoil:

o    Super növü – 3.59 ₾

o    Premium növü – 3.15 ₾

o    Avro Regular – 3.04 ₾

o    Avro Dizel – 3.10 ₾

Ekspertlər bildirirlər ki, qlobal neft bazarındakı qeyri-stabillik Gürcüstanın daxili bazarına təzyiqi artırmaqda davam edir.