DTX rəisi vəzifəsinə Tamaz Boraşvilinin namizədliyini irəli sürdü
Gürcüstanın baş naziri İrakli Kobaxidze Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsinə Tamaz Boraşvilinin namizədliyini təqdim edib.
XEBER.GE xeber verir ki, müvafiq bəyanatla Kobaxidze Hökumət Administrasiyasında keçirilən brifinqdə çıxış edib.
Tamaz Boraşvili bu vaxta qədər DTX-da həmin xidmətin rəisinin müavini vəzifəsini tuturdu.
Qeyd etmək lazımdır ki, Tamaz Boraşvilinin DTX rəisi vəzifəsinə təyin olunmasını parlament təsdiqləməlidir.
Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Gela Geladze vəzifəsindən istefa verdiyini bir müddət əvvəl sosial şəbəkədə özü yazmışdı.