DTX-nin əməkdaşı maşınında ölü tapılıb

May 23, 2026 - 14:55
 0  30
DTX-nin əməkdaşı maşınında ölü tapılıb

Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Antikorrupsiya Agentliyinin əməkdaşı bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

Xeber.ge xeber  verir ki, Baş Prokurorluğunun mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, faktla bağlı rəsmi cinayət işi açılıb.

DTX-nın Antikorrupsiya Agentliyinin əməkdaşı bu gün Xaşuri şəhərinin Tabidze küçəsində, özünə məxsus şəxsi avtomobilində ölü vəziyyətdə aşkar edilib.

İlkin müayinələrə əsasən, xidmət əməkdaşının cəsədi üzərində özünə məxsus odlu silahdan açılmış atəş nəticəsində yetirilmiş ölümcül güllə yarası müəyyən olunub.

Faktla bağlı Şida Kartli və Mtsxeta-Mtianeti Regional Prokurorluğunun İstintaq İdarəsi tərəfindən Gürcüstan Cinayət Məcəlləsinin 115-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) ilə dərhal təhqiqat və araşdırmalara başlanılıb.

Hazırda prokurorluq və polis ekspertləri tərəfindən hadisə yerində və meyit üzərində zəruri təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilir.

 Hadisənin intihar, bədbəxt hadisə və ya kənar müdaxilə nəticəsində baş verdiyini müəyyən etmək üçün məhkəmə-tibbi, ballistik və daktiloskopik ekspertizalar təyin olunub.