DTX hökumət saytına kiberhücumla bağlı araşdırmaya başladı

Jan 15, 2026 - 14:36
 0  8
DTX hökumət saytına kiberhücumla bağlı araşdırmaya başladı

Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti hökumət administrasiyasının saytına qanunsuz daxil olma və sabotaj faktları ilə bağlı araşdırmaya başlayıb.

Xeber.ge xəbər verir ki, bu barədə xidmətin yaydığı bəyanatda deyilir.

Araşdırma üçün Gürcüstan hökumət administrasiyasından daxil olan məlumat əsas götürülüb. Məlumatda administrasiyanın veb-saytına ehtimal edilən kiberhücum və müəyyən manipulyasiyalar barədə bildirilir. Qeyd olunur ki, bu hərəkətlər ictimai məkanda yanlış məlumat yaymaqla Gürcüstanın dövlət maraqlarına zərər vurmağa, o cümlədən ölkə üçün mənfi siyasi və iqtisadi nəticələr doğurmağa yönəlib.

"Dövlət Təhlükəsizliyi Xidməti dərhal reaksiya verib – dövlət maraqlarına dəyə biləcək zərərin qarşısını almaq məqsədilə, preventiv tədbir olaraq, media nümayəndələrinə və fiziki şəxslərə sözügedən məlumatları yaymaqdan çəkinmək tövsiyə olunub", – deyə bəyanatda vurğulanır.