Marneulili gənc Urekidə boğularaq həyatını itirdi

Jun 19, 2026 - 10:41
 0  21
Marneulili gənc Urekidə boğularaq həyatını itirdi

Marneulidən olan gənc Urekidə dənizdə boğularaq həyatını itirib.

  Urekidə baş verən faciə nəticəsində Marneuli bələdiyyəsinin Ağməmmədli kənd sakini, 21 yaşlı Elnur Nəbiyev həyatını itirib.

Qeyd edək ki, iyunun 18-də Urekidə Qara dənizdə güclü axın Marneuli bələdiyyəsindən olan dörd gənci aparıb. Xilasedicilər onların hamısını sudan çıxarsalar da, gənclərdən birinin həyatını xilas etmək mümkün olmayıb.

 mənbə: oxu