Dohada ABŞ ilə İran arasında müsbət irəliləyiş əldə edilib

Jul 2, 2026 - 11:26
 0  4
Dohada ABŞ ilə İran arasında müsbət irəliləyiş əldə edilib

Qətər və Pakistandan olan vasitəçilər Dohada İran və ABŞ rəsmiləri ilə ayrı-ayrı görüşlər keçirib, müsbət irəliləyiş əldə edilib.

XEBER.GE xəbər verir ki, bu barədə Qətərin Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

"Qətər və Pakistandan olan vasitəçilər Dohada İran və ABŞ rəsmiləri ilə ayrı-ayrı görüşlər keçirib, müsbət irəliləyiş əldə edilib", - məlumatda bildirilib.

Qeyd olunub ki, tərəflər gələcəkdə müzakirələri davam etdirmək barədə razılığa gəliblər, növbəti görüş isə İranın mərhum ali rəhbəri Əli Xamenei ilə vida mərasimindən sonra baş tuta bilər.

Daha əvvəl Dohadakı görüşlər barədə danışan İranın xarici işlər nazirinin müavini Kazım Qəribabadi ABŞ ilə anlaşma memorandumunun müşahidə qrupunun operativ əlaqə kanalının yaradılacağını açıqlayıb.

mənbə: report.az