DİN narkotik cinayəti ittihamı ilə 1 nəfəri saxlayıb

Oct 9, 2025 - 11:34
 0  16
DİN narkotik cinayəti ittihamı ilə 1 nəfəri saxlayıb

Xeber.ge xəbər verir ki, Daxili İşlər Nazirliyi narkotik cinayəti ittihamı ilə Azərbaycan vətəndaşı, 1981-ci il təvəllüdlü E.A.-nı saxlayıb.

Hüquq-mühafizə orqanları sözügedən şəxsin şəxsi axtarışı və yaşayış evinə baxış zamanı 42 bükümdə qablaşdırılmış "Metadon" narkotik vasitəsini maddi sübut kimi götürüblər.

Cinayət 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.