DİN: Ailə üzvünü intihar həddinə çatdıran və təcavüz edən şəxs yaxalanıb

Jan 29, 2026 - 12:48
 0  47
DİN: Ailə üzvünü intihar həddinə çatdıran və təcavüz edən şəxs yaxalanıb

Gürcüstan Daxili İşlər Nazirliyi ailə üzvünə qarşı təcavüz, zorakılıq və qeyri-insani rəftar törətməkdə ittiham olunan 19 yaşlı gənci saxlayıb.

Xeber.ge xəbər verir ki, qurumun yaydığı bəyanatda bildirilir ki, 2007-ci il təvəllüdlü S.J. ailə üzvünə qarşı cinsi zorakılıq, fiziki təzyiq, qeyri-insani rəftar, hədə-qorxu gəlmə və əmlaka zərər vurmaqda təqsirləndirilir.

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs 2005-ci il təvəllüdlü Q.Ş.-yə qarşı sistematik olaraq fiziki zorakılıq tətbiq edib, onu öldürməklə hədələyib və cinsi istismara məruz qoyub.

Məruz qaldığı ağır fiziki və psixoloji təzyiqlər nəticəsində zərərçəkmiş şəxs intihara cəhd edib.

Hüquq-mühafizə organlarının keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində S.J. şübhəli şəxs qismində yaxalanıb.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin bir neçə maddəsi (ailə üzvünə təcavüz, işgəncə, hədə-qorxu və zorakılıq) ilə cinayət işi başlanılıb.

Saxlanılan şəxsi 13 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.