Daxili İşlər Nazirliyi Acarada narkotik cinayəti ittihamı ilə 3 nəfəri saxlayıb

Oct 3, 2025 - 12:33
 0  11
Daxili İşlər Nazirliyi Acarada narkotik cinayəti ittihamı ilə 3 nəfəri saxlayıb

Daxili İşlər Nazirliyinin məlumatına görə, Acarada xüsusilə böyük miqdarda narkotik vasitələrin qanunsuz əldə edilməsi-saxlanılması, satışı və satışına köməklik

göstərilməsi ittihamı ilə 1973-cü il təvəllüdlü N.Q., əcnəbi vətəndaşlar – 1993-cü il təvəllüdlü M.İ. və 2004-cü il təvəllüdlü K.M. saxlanılıb.

Cinayət 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

“İstintaq zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları şübhəlilərin şəxsi və müvəqqəti yaşayış evlərinə baxış keçirərkən, həmçinin müxtəlif ünvanlardan sübut kimi satış üçün hazırlanmış xüsusilə böyük miqdarda narkotik vasitələr – o cümlədən “heroin”, “morfin”, qurudulmuş “marixuana”, narkotiklərin qablaşdırılması və becərilməsi üçün lazım olan materiallar götürülüb.Polis tərəfindən sübut kimi həmçinin şübhəlilərdən birinin qanunsuz satdığı narkotik də müsadirə olunub”, – deyə DİN-in açıqlamasında bildirilir.

Nazirliyin məlumatına əsasən, araşdırma Cinayət Məcəlləsinin 260-cı maddəsi üzrə aparılır.

mənbə: marneulifm