Cənubi Koreyada hərbi vəziyyət elan edildi

Cənubi- Koreyada- hərbi -vəziyyət- elan- edildi

Dec 3, 2024 - 23:06
 0  16
Cənubi Koreyada hərbi vəziyyət elan edildi

Cənubi Koreya Prezidenti Yun Sok Yol ölkədə hərbi vəziyyətin tətbiq olunduğunu elan edib.

Xeber.ge xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

Prezidentin sözlərinə görə, bu qərar Şimali Koreya tərəfdarı qüvvələrin kökünü kəsmək və azad konstitusiya quruluşunu qorumaq üçün qəbul edilib.

Agentliyinin məlumatına görə, Cənubi Koreya lideri gecə saatlarında fövqəladə iclas keçirib, bundan sonra ona qarşı impiçment prosedurunu həyata keçirmək cəhdləri səbəbindən hakimiyyətin iflic olacağı təhlükəsini bəyan edib.

Cənubi Koreyanın Müdafiə Nazirliyi də yüksək səviyyəli hərbi rəsmilərin iclasını çağırıb. Departament qeyri-sabitlik şəraitində sayıqlığın artırılmasına çağırıb.

Qeyd edək ki, noyabrın əvvəlində Cənubi Koreya Şimali Koreyanın raket buraxılışlarına cavab olaraq ballistik raket buraxıb. Bildirilir ki, hərbi manevrlərin məqsədi Seulun Pxenyanın istənilən təxribatına cavab verməyə hazır olduğunu göstərməkdir.

mənbə: qafqazinfo.az