Cakarta dünyada insanların ən sıx məskunlaşdığı şəhər elan edilib
İndoneziyanın paytaxtı Cakarta 42 milyon nəfərlik əhalisi ilə dünyada insanların ən sıx məskunlaşdığı şəhər adını alıb.
Xeber.ge xəbər verir ki,
Siyahıda ikinci yerdə 37 milyon əhalisi ilə Banqladeşin paytaxtı Dəkkə, üçüncü yerdə isə 33 milyon nəfərlik Tokio qərarlaşıb.
Bildirilib ki, əhali sayının hesablanması üçün BMT müxtəlif milli meyarlardan asılı olmayan, vahid demoqrafik və coğrafi-məkan parametrlərinə əsaslanan yeni sistem tətbiq edib.
mənbə: trend.az