Bu gün Gürcüstanın müxtəlif şəhərlərində “Birlik zənciri” keçirilir
Tbilisidə və Gürcüstanın müxtəlif şəhərlərində “Birlik Zənciri” bağlanıb.
Gürcüstan vətəndaşları ölkə boyu “birlik zənciri” bağlayıb və bununla da Avropanın ölkə seçiminə dəstək ifadə ediblər.
“Birlik zənciri”ndə olan vətəndaşlar Gürcüstan və Avropa İttifaqının bayraqlarını daşıyırlar.
Etirazların başlamasından 1 ay sonra, dekabrın 28-də Gürcüstanın şəhərlərində “Birlik zənciri” keçirilir.
Tiflisdə canlı zəncir Vaxuşti körpüsündə, Tamar Mepe Körpüsündə, Qalaktion körpüsündə, Zaarbriuken körpüsündə, Barataşvili körpüsü, Sülh körpüsü və Metexi körpüsündə bağlanacaq. Eyni zamanda canlı zəncir Gürcüstanın müxtəlif şəhərlərindədə bağlanacaq.
Məlumat üçün bildirək ki, vətəndaşların etirazı noyabrın 28-də baş nazir İrakli Kobaxidzenin 2028-ci ilin sonuna qədər Avropa İttifaqı ilə danışıqlara başlamaq məsələsinin gündəmə gətirilməməsi barədə qərar qəbul etdiyi bəyanatından sonra keçirilib. Etirazçıların əsas tələbləri yeni seçkilərin təyin edilməsi və etirazlar zamanı həbs olunan şəxslərin azad edilməsidir.
mənbə: interpress