Böyük Britaniya azyaşlı bacısı qızını zorlayan və 20 il azadlıqdan məhrum edilən şəxsi Gürcüstana ekstradisiya edir
Prokuroriyanın məlumatına görə, azyaşlı bacısı qızını zorlamaqda təqsirli bilinərək 20 il azadlıqdan məhrum edilmiş şəxs Böyük Britaniya tərəfindən Gürcüstana təhvil verilir.
XEBER.GE xeber verir ki, 2024-cü il fevralın 15-də Tbilisi Şəhər Məhkəməsi prokurorluğun təqdim etdiyi sübutları tam şəkildə əsaslı hesab edərək təqsirləndirilən şəxsi azyaşlının zorlanmasında təqsirli bilib. İstintaqla müəyyən edilib ki, mühakimə olunan şəxs 2006-cı ildən 2013-cü ilədək olan dövrdə Tbilisidəki yaşayış evlərindən birində zərərçəkənin acizliyindən istifadə edərək öncədən 14 yaşı tamam olmadığını bildiyi bacısı qızını sistemli şəkildə zorlayıb.
Təqsirləndirilən şəxsə Gürcüstan Cinayət Məcəlləsinin 137-ci maddəsinin 5-ci hissəsi ilə qiyabi olaraq ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib və beynəlxalq axtarış elan olunub. Məhkəmə onu 20 il müddətinə azadlıqdan məhrum edib.
Axtarışda olan məhkum 2024-cü il oktyabrın 22-də hüquq-mühafizə orqanları tərəfindən London şəhərində saxlanılıb. Böyük Britaniyanın səlahiyyətli orqanları Gürcüstan Baş Prokurorluğunun onun Gürcüstana ekstradisiya edilməsi ilə bağlı vəsatətini təmin ediblər.