Biometrik pasportlarla bağlı dəyişikliklər həyata keçirilir

Nov 25, 2025 - 21:19
 0  59
Biometrik pasportlarla bağlı dəyişikliklər həyata keçirilir

Biometrik pasportlarla bağlı dəyişikliklər həyata keçirilir. Hökumət parlamentə layihə təqdim edib ki, bu layihəyə əsasən, şəxsiyyət (yaşayış) elektron sənədi aşağıdakıları əhatə edəcək:

  • Sənədin çıxış kodu ki, bu da kontakt olmayan mikroçipdən məlumatların oxunması üçün istifadə olunacaq;
  • QR kod, vasitəsilə şəxs sənəd və ya onun sahibinə aid məlumatları yoxlaya biləcək (məsələn, əlillik statusu, tələbə statusu, sənədin etibarlılığı və s.).

Həmçinin, şəxsiyyət (yaşayış) elektron sənədinə barmaq izi də yerləşdiriləcək.

Qanunvericilikdəki dəyişikliklərlə, maraqlı şəxsə hüquq veriləcək ki, şəxsiyyət (yaşayış) sənədini, pasportunu, səyahət pasportunu və səyahət sənədini, əgər sənədin müddəti bitməyinə 6 aydan az qalıbsa dəyişdirə bilsin.

Layihəyə əsasən:

  • Daimi yaşayış sənədi 18 yaşadək şəxslərə 4 il müddətinə veriləcək, 18 yaşını tamamlayanlara isə 5 il müddətinə.
  • Müvəqqəti yaşayış sənədinin müddəti yaşayış icazəsinin müddəti ilə müəyyənləşəcək, lakin 18 yaşadək şəxslərə maksimum 4 il, 18 yaşını tamamlayanlara isə maksimum 5 il üçün veriləcək.

Dəyişikliklər “Gürcüstan vətəndaşlarının və Gürcüstanda yaşayan əcnəbilərin qeydiyyatı, şəxsiyyət (yaşayış) sənədi və Gürcüstan vətəndaşının pasportunun verilməsi qaydaları haqqında” qanuna daxil ediləcək.

Ədliyyə nazirinin müavini İrakli Dqebuadze layihənin komitə müzakirəsində bildirib ki, qanun layihəsinin hazırlanması dövlət xidmətləri inkişafı agentliyinin istifadə etdiyi elektron sənədlərin çap texnikasının, pasportların və səyahət sənədlərinin personalizasiya proqram təminatının köhnəlməsi səbəbindən zəruridir, çünki onlar müasir çağırışlara cavab verə bilmir.

mənbə: marneulifm