Batumidə İnterpol tərəfindən axtarılan iki xarici vətəndaş saxlanılıb

Apr 18, 2026 - 13:01
 0  13
Batumidə İnterpol tərəfindən axtarılan iki xarici vətəndaş saxlanılıb

Gürcüstanın Daxili İşlər Nazirliyi   Batumi şəhərində beynəlxalq səviyyədə axtarışda olan iki şəxsi yaxalayıb. Saxlanılan şəxslər İnterpol tərəfindən "qırmızı bülleten"lə axtarışa verilibmiş.

Xeber.ge  DİN-in Mərkəzi Cinayət Polisi Departamentinə istinadən verdiyi məlumata görə, əməliyyat Acarıstan və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarələrinin əməkdaşları tərəfindən həyata keçirilib.

 

  • 1964-cü il təvəllüdlü Türkiyə vətəndaşı O.T.;
  • 1990-cı il təvəllüdlü Qazaxıstan vətəndaşı V.A.

 Nazirliyin açıqlamasında bildirilir ki, hər iki şəxs Türkiyə və Qazaxıstan hüquq-mühafizə orqanlarının sorğusu əsasında müxtəlif ağır cinayətlər törətdikləri üçün beynəlxalq axtarışda olublar.

 Onların Gürcüstan ərazisində gizləndiyi müəyyən edildikdən sonra keçirilən xüsusi əməliyyatla Batumidə saxlanılaraq təcridxanaya yerləşdiriliblər.

Hazırda saxlanılan şəxslərin öz ölkələrinə təhvil verilməsi üçün qanunla nəzərdə tutulmuş ekstradisiya prosedurları davam etdirilir.

Gürcüstan tərəfi aidiyyəti ölkələrin prokurorluq orqanları ilə məsələni əlaqələndirir.