Marneulidə 1 750 lari dəyərində dələduzluğa görə bir nəfər saxlanıldı
Kvemo Kartli polisi dələduzluq ittihamı ilə bir nəfəri saxlayıb.
XEBER.GE xeber verir ki, istintaqla müəyyən edilib ki, şübhəli Marneuli bələdiyyəsində yaşayan vətəndaşa 1 750 lari müqabilində mebel hazırlamağı vəd edib, pulu aldıqdan sonra isə vədinə əməl etməyərək vəsaiti dələduzluq yolu ilə mənimsəyib.
Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, şübhəli hakim qərarı əsasında saxlanılıb.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 180-ci maddəsinin 2-ci hissəsi ilə istintaq aparılır. Həmin maddə 7 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.